Tarif Şurasından yeni QƏRAR 

Tarif Şurasından yeni QƏRAR 

Hazırda oxunan: Tarif Şurasından yeni QƏRAR 

39338

Bu gün Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Şura məlumat yayıb.

Məlumatda deyilir ki, Prezident İlham Əliyevin 15 aprel 2020-ci il tarixli fərmanının 3.1-ci bəndində “Baytarlıq haqqında” qanunun 39.5-ci maddəsinə uyğun olaraq, xidmət haqqını Nazirlər Kabinetinin müəyyən etməsi təsbit olunub.

Tapşırığın icrası ilə əlaqədar Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli qərarı ilə baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği təsdiq edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Suyun qiyməti UCUZLAŞIR? - “Azərsu”dan CAVAB


Bu baxımdan iclasda “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Şuranın 26 iyul 2007-ci il tarixli qərarı ləğv olunub, həmçinin, yeni dövlət qeydiyyatına alınan 200-ə yaxın dərman vasitəsinin qiymətləri də təsdiq edilib. 

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12864 dərman vasitəsinin tam siyahısı Şuraın rəsmi internet saytının “Dərman vasitələri” bölməsində yerləşdirilib. 

Qərarlarla saytın (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO