Qarabağ Dirçəliş Fondu ETSN-lə Anlaşma Memorandumu İMZALADI - FOTO 

Qarabağ Dirçəliş Fondu ETSN-lə Anlaşma Memorandumu İMZALADI - FOTO 

Hazırda oxunan: Qarabağ Dirçəliş Fondu ETSN-lə Anlaşma Memorandumu İMZALADI - FOTO 

38344

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılması və bərpa işlərinin görülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Bizim.Media xəbər verir ki, Anlaşma Memorandumunu ETSN naziri Muxtar Babayevlə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıb. 

R.Hacıyev “Facebook” hesabından verdiyi məlumatda Memorandumun məqsədinin işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə vermək olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ Dirçəliş Fondu əlavə dəyər vergisindən azad olundu


Bu əməkdaşlıq, eyni zamanda, işğal dövründə Ermənistan tərəfindən törədilmiş ekoloji terror, təbiət obyektlərinə dəymiş ziyan, ərazilərin, o cümlədən su hövzələrinin Ermənistan ərazisindən transsərhəd çirklənməsinin davam etdirilməsi kimi faktların beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə xarici mətbuatda işıqlandırılması və “Yaşıl” iqtisadiyyatın dəstəklənməsi kimi layihələri də əhatə edəcək. 

Rəhman Hacıyev fondun işində dəstək olan hər kəsə təşəkkürünü bildirib.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO