İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021” hesabatının təqdimatında iştirak edib.
Bizim.Media-nın məlumatına görə, nazir Azərbaycanda qeyri-neft ixracının 37 faiz artdığını bildirib.
MÖVZU İLƏ BAĞLI:
Mikayıl Cabbarov EBRD-lə yeni investisiya layihələrini müzakirə etdi - FOTO
“Münbit dinamika növbəti illərdə ixrac həcmini 2 milyard dollara çatdırmağa imkan verəcək. İxracla bağlı olan məlumatları təhlil etmişik, burada kifayət qədər ciddi xammal və malların həcmi var”.
Çıxışında Ələt Azad İqtisadi Zonasının logistika imkanları barədə məlumat verən nazir növbəti illərdə dövlət satınalmalarının keyfiyyəti və islahatı, eyni zamanda, rəqabətin artırılması məsələsinin də prioritet məsələ olacağını vurğulayıb.
Bizim.Media
The report contributes to the assessment of economic impact of the pandemic and evaluation of #reform-s aimed at minimizing its negative effects.#AHK #Economy #EconomyAz pic.twitter.com/1GlRxw5eDb
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 23, 2021