Azərbaycanda kim nə qədər qazanır? – RƏSMİ

Hazırda oxunan: Azərbaycanda kim nə qədər qazanır? – RƏSMİ

38301

2021-ci ilin yanvar-iyul aylarında neft-qaz sektorunda orta aylıq nominal əmək haqqı 3207, qeyri neft-qaz sektorunda 678 manat təşkil edib. 

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 646, özəl müəssisələrdə çalışanlarınkı isə 827 manat olub.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ölkəmizdə iqtisadi sahələr və mülkiyyət növləri üzrə ən çox əməkhaqqını mədənçıxarma sənayesinin işçiləri alır.
 

MÖVZU İLƏ BAĞLI:

Əhalinin neçə faizi pensiya alır?


Bu sahədə çalışanların orta aylıq əmək haqqı 3152 manata bərabər olub. Sahə üzrə dövlət sektorunda əmək haqqı 1681 manat,  qeyri dövlət sektorunda 4030 manatdır.

Ən aşağı əmək haqqını isə inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində çalışanlar alır. Onların əmək haqları mədənçıxarma sahəsinin işçilərinin maaşlarından təqribən 10 dəfə azdır.

Statistika Komitəsi həmin sahədə çalışanların orta aylıq nominal əmək haqqını 432 manat olaraq qiymətləndirib. 

Bu sahənin qeyri dövlət sektorunda çalışanların onların əmək haqqı 578 manatdır. Dövlət sektorunda inzibati və yardımçı xidmət göstərənlər isə ayda 390 manatla kifayətlənməli olurlar.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO