Yük və sərnişin daşımada azalma qeydə alınıb – RƏSMİ 

Yük və sərnişin daşımada azalma qeydə alınıb – RƏSMİ 

Hazırda oxunan: Yük və sərnişin daşımada azalma qeydə alınıb – RƏSMİ 

38178

2021-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yük daşımaları 1,4 faiz və sərnişindaşımaları isə 11,8 faiz azalıb. 

Nəqliyyatçılar 744,5 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 95,8 faizi avtomobil nəqliyyatı, 3,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 124,4 milyon ton yük daşınıb.

Yüklərin 3,0 faizi dəniz, 7,8 faizi dəmir yolu, 0,3 faizi hava, 57,0 faizi avtomobil nəqliyyatı, 31,9 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,4 faiz azalıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,8 faiz təşkil edib.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO