SOCAR-da təntənəli yığıncaq təşkil edildi - FOTO

SOCAR-da təntənəli yığıncaq təşkil edildi - FOTO

Hazırda oxunan: SOCAR-da təntənəli yığıncaq təşkil edildi - FOTO

37888

Sentyabrın 20-də SOCAR-da neft-qaz və neft-kimya sənayesi işçilərinin peşə bayramı Neftçilər Günü münasibəti ilə təntənəli tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, Şirkətin prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Müşahidə Şurasının üzvləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin rəhbər şəxsləri, qabaqcıl neftçilər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, hər il peşə bayramlarında "Əsrin müqaviləsi”nin imzalanmasının ildönümünü qeyd edən neftçilərimiz bu bayram ərəfəsində "Azəri-Çıraq-Günəşli” yataqlarından 4 milyardıncı barel neft hasil etməklə yeni əmək qələbəsinə imza atıblar".
 

MÖVZU İLƏ BAĞLI:

SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - BU TARİXDƏN 


Şirkətin qaz hasilatı göstəricisi 3,9 milyard kubmetr təşkil edib, artım isə ötən ilə nisbətən 6,3 faiz olub. Ötən altı ayda ölkə üzrə 8,9 milyard kubmetr qaz ixrac olunub və bu həcm ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,7 faiz çoxdur.

Birinci yarımildə xarici bazarlara ötən ilkinə nisbətən 18,2 faiz daha artıq - 1,4 milyon ton neft və neft-kimya məhsulları göndərilib.

Pandemiya ilə əlaqədar çətinliklərə baxmayaraq ölkə daxilində və xaricdə planlaşdırılmış bütün layihələrin uğurla davam etdirildiyini vurğulayan SOCAR-ın prezidenti "Azərikimya” İstehsalat Birliyinin müəssisələrində aparılan yenidənqurma layihəsinin artıq başa çatmaq üzrə olduğunu, Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya layihəsində isə hazırki mərhələ üzrə işlərin 81,5 faiz tamamlandığını bildirib.
 

Azərbaycan Respublikasının İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov çıxışında neft gəlirlərinin ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafında mühüm rol oynadığını qeyd edib.


Tədbirin sonunda 2021-ci il üzrə SOCAR-da keçirilmiş "İlin ən yaxşıları” müsabiqəsinin qalibləri, eləcə də "Fəxri neftçi” döş nişanı və "SOCAR-ın Fəxri Fərman”ı ilə təltif olunan neftçilərin bir qisminə mükafatlar təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO