Bakıda pandemiya dövründə kommersiya obyektlərinin həm satış, həm də kirayə qiymətlərində bahalaşma qeydə alınıb.
Bizim.Media xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov trend-ə deyib ki, avqust ayı ərzində Bakıda kommersiya obyektlərinin 1 kvadrat metrinin orta qiyməti 3293 manatdan 3298 manata qalxıb.
Onun sözlərinə görə, ay ərzində artım 0.15 faiz, il ərzində isə 11.57 faiz təşkil edib.
Ekspert bildirib ki, kommersiya obyektlərinin icarəsi bazarında da qiymətlər cüzi də olsa bahalaşıb.
Onun sözlərinə görə, 1 kvadrat metrin icarə qiyməti 18 manatdan 18,05 manata qalxıb ki, bu da ay ərzində 0,17 faiz artım deməkdir.
İl ərzində isə kommersiya obyektlərinin icarə qiyməti 14,2 faiz təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:58 / 13.09.2021
Pandemiya dövründə Bakıda kommersiya obyektlərinin qiyməti bahalaşıb
Hazırda oxunan: Pandemiya dövründə Bakıda kommersiya obyektlərinin qiyməti bahalaşıb
Hazırda oxunan: Pandemiya dövründə Bakıda kommersiya obyektlərinin qiyməti bahalaşıb
36798
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.