Ağdamda 23 yaşlı qadın yoxa çıxıb.
Bizim.Media xəbər verir ki, Əliyeva Ruqiyyə Həmid qızı məcburi köçkünlər üçün inşa olunan “Bənövşələr” qəsəbəsindəki ata evindən ötən gün səhər saatlarında çıxıb və evə qayıtmayıb.
R.Əliyevanın yaxınları bu barədə DİN-in 102 çağırış mərkəzinə məlumat veriblər. Yaxınları Ruqiyyə Əliyevanın psixoloji problemlərinin olduğunu, gedərkən 4 və 6 yaşında olan oğlanlarını da özü ilə apardığını bildiriblər.
Onu görənlərdən yaxınlıqdakı polis şöbəsinə və ya 050 564 76 04 nömrəsinə məlumat vermələri xahiş olunur.
Bizim.Media