İqtisadiyyat Nazirliiyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi növbəti hərraca tikintisi başa çatdrılmamış iki obyekt çıxarılıb.
Bizim.Media Xidmətə istinadən onları təqdim edir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda 20 dövlət əmlakı hərraca çıxarılacaq – TARİX AÇIQLANDI
İnternat məktəbinin yarımçıq tikilisi – Xaçmaz rayonu Nabran kəndi – 35000 manat (İlkin start qiymət).
Yanacaqdoldurma məntəqəsinin yarımçıq tikilisi – Şamaxı rayonu Əngəxaran kəndi – 36000 manat (İlkin start qiymət).
Qeyd edək ki, hərracın keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsi şöbəsindən almaq olar.
Xatirə, Bizim.Media