Deputat Mərkəzi Banka SƏSLƏNDİ – “Ucuz kreditlər təklif edin”

Deputat Mərkəzi Banka SƏSLƏNDİ – “Ucuz kreditlər təklif edin”

Hazırda oxunan: Deputat Mərkəzi Banka SƏSLƏNDİ – “Ucuz kreditlər təklif edin”

35255

Mərkəzi Bankın məlumatına görə bankların kredit faizləri ilə depozitlər üzrə dividend faizləri arasındakı yüksək fərq hələ qalmaqdadır. Belə ki, Hesablamalara görə, banklar xarici valyutada depozitlərə orta hesabla 1.76 faiz dividend ödədiyi halda dollar kreditlərini orta hesabla 5.18 faizlə təklif edirlər.

Bizim.Media xəbər verir ki, iqtisadçı-deputat Vüqar Bayramov “Facebook” hesabında məsələni şərh edib.

Rəsmi statistikanı əsas tutan deputat xarici valyutada kreditlərlə  depozit dividendləri arasında 3 dəfə fərq olduğunu qeyd edir:

“Yəni, banklar cəlb etdikləri depozitləri 3 dəfə daha baha şəkildə kredit formasında təklif edilər. Manatla depozitlərə orta hesabla 8.62 faiz ödənilir. Manatla kreditlər üzrə orta faiz 13.75 faizdir. Fiziki şəxslər üzrə orta kredit faizi isə 16 faizdən çoxdur. Qeyd edim ki, Mərkəzi Bankın elan etdiyi bu göstəricilər orta rəqəmlərdir. Sistem əhəmiyyətli bankların əksəriyyətində manat üzrə depozit faizləri 6 faizdir, xarici valyutada əmanətlərə isə, demək olar, dividend ödənilmir”.
 

MÖVZU İLƏ BAĞLI:

7 ayda Azərbaycanın ixracı nə qədər olub? - AÇIQLANDI


Ekspert hesab edir ki, kredit faizləri ilə depozt faizləri arasında mütənasibliyin formalaşması və xüsusən də ucuz kreditlərin təklif olunmasına nail olunması vacibdir:

“Aydındır ki, kredit faizlərinin optimallaşdırılması üçün inzibati deyil, daha çox təşviqedici metodlardan istifadə edilməsi məqsədəuyğundur. Mərkəzi Bank tərəfindən bank sektorunda rəqabətin gücləndirilməsi ilə bağlı sistemli və daha ünvanlı tədbirlərin genişləndirilməsinə ehtiyac var”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO