2021-ci ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 28,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib.
Bizim.Media İqtisadi İslahatların Təhllili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artım deməkdir.
MÖVZU İLƏ BAĞLI:
7 ayda Azərbaycanın ixracı nə qədər olub? - AÇIQLANDI
“Azərkosmos” ASC-nin xidmət ixracından (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 92 faizini təşkil edib.
2021-ci ilin iyul ayında isə “Azərkosmos” ASC dünyanın 24 ölkəsinə 6,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. ASC-nin xidmət ixrac etdiyi əsas ölkələr isə bunlardır: ABŞ, Böyük Britaniya, Fransa, Malaziya, Birləşmiş Ərəb Əmirlikləri.
Xatirə, Bizim.Media