2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri – neft məhsulları üzrə ixrac tərəfdaşlarının siyahısı açıqlanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, ixrac tərəfdaşlarımız arasında ilk beşliyi Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan, ABŞ tutub.
MÖVZU İLƏ BAĞLI:
7 ayda Azərbaycanın ixracı nə qədər olub? - AÇIQLANDI
7 ay ərzində Rusiyaya 467,9 milyon, Türkiyəyə 359,3 milyon, İsveçrəyə 129,5 milyon, Gürcüstana 94 milyon və ABŞ-a 33,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Xatirə, Bizim.Media