Azərbaycanda gəmi hərraca çıxarıldı – START QİYMƏTİ...

Azərbaycanda gəmi hərraca çıxarıldı – START QİYMƏTİ...

Hazırda oxunan: Azərbaycanda gəmi hərraca çıxarıldı – START QİYMƏTİ...

34342

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti nəqliyyat vasitələrinin hərracını keçirəcək.

Bizim.Media xəbər verir ki, hərrac sentyabrın 21-də baş tutacaq. 

Qeyd edək ki, hərraca 32 nəqliyyat vasitəsi çıxarılıb ki, onların start qiymətinin açıq satışda olan nəqliyyat vasitələrinin qiymətindən daha aşağı olduğunu demək olar. Hərraca çıxarılan nəqliyyat vasitələrinin arasında gəmi və katerin olması diqqət çəkib. 

Hərraca çıxarılan nəqliyyat vasitələrinin bəzilərini təqdim edirik:

VAZ-2121 - 2004 (buraxılış ili) – 3000 manat (start qiymət)

VAZ-2121 -  2004 (buraxılış ili) – 3000 manat

VAZ-21214 – 2004 (buraxılış ili) – 3000 manat

Chevrolet Niva 2004 (buraxılış ili)  – 3500 manat

Chevrolet Niva -2005 (buraxılış ili) – 3500 manat

Paz 4234 – 2004 (buraxılış ili) – 8000 manat

Nefaz 9334-01 -2005 (buraxılış ili) – 1800 manat

RK “Nauçnıy” gəmisi- 1986 (buraxılış ili) – 30000 manat

“Elsevər Hüseynov” köməkçi kateri – 1986 (buraxılış ili) – 7500 manat

Zil-157 KD yük – 1982 (buraxılış ili) – 1000 manat

Nissan Maxima -2002 (buraxılış ili) - 3000 manat

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO