İlk antibakterial smartfon hazırlandı

İlk antibakterial smartfon hazırlandı

Hazırda oxunan: İlk antibakterial smartfon hazırlandı

3358

Böyük Britaniyada dünyanın ilk antibakterial smartfonu hazırlanıb.

Bizim.Media-nın “Daily Mail”a istinadla verdiyi xəbərə görə, dünyada ilk antibakterial örtüklü telefonu “Bullit Group” şirkətinin mütəxəssisləri yaradıblar.

“Cat S42” mikrobların yayılmasının və patogenlərin böyüməsinin qarşısını almaq üçün gümüş ionları olan korpusda yerləşdirilib.

Qeyd olunur ki, gümüş ionlar sayəsində telefonun üzərinə düşən bakteriyaların 80%-i 15 dəqiqə ərzində məhv ediləcək və 99,99 %-i 24 saat ərzində yox olacaq.

Telefon suya davamlı olduğundan sabun ilə təhlükəsiz şəkildə yuyula bilər.

Telefonun qiyməti 229 funt sterlinq olacaq və 2021-ci ilin əvvəllərinə qədər satışa çıxarılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO