Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard dolları keçdi

Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard dolları keçdi

Hazırda oxunan: Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard dolları keçdi

32944

Azərbaycanın 2021-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17,691 milyard dolları keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 faiz çoxdur.

Bizim.Media xəbər verir ki, xarici ticarət dövriyyəsində ixracın payı 11,393 milyard dollar və ya 64,4 faiz olub.

Bu da 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 24,7 faiz çoxdur.

Azərbaycanın yanvar-iyul aylarında idxalı da ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 6,297 milyard dolları ötüb. Xarici ticarət dövriyyəsində idxalın payı 35,6 faiz təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO