Azərbaycan nefti 24 ölkəyə ixrac edilib - REYTİNQ  

Azərbaycan nefti 24 ölkəyə ixrac edilib - REYTİNQ  

Hazırda oxunan: Azərbaycan nefti 24 ölkəyə ixrac edilib - REYTİNQ  

32912

Bu ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 3 652 875,97 min ABŞ dolları dəyərində 8 317 019.93 ton neft ixrac edib. Bununla da, İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb. 

Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İspaniya yer alıb. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 510 500,34 min dollar dəyərində 1 191 741,78 ton neft ixrac edib. 

Məlumata görə, Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutub. Yanvar-iyul aylarında bu ölkəyə 497 394,44 min dollar dəyərində1 070 522,09 ton neft ixrac edilib. 

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.

Siyahıdan göründüyü kimi, Azərbaycan bu ilin yanvar-iyul aylarında 24 ölkəyə 7 585 824,11 min dollarlıq 17 106 825,51 ton neft ixrac edib. 

Azərbaycanın neft ixrac etdiyi ölkələrin tam siyahısı:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO