“Son üç ilin təcrübəsi göstərir ki, pul kütləsinin artımı yüksək inflyasiya təzyiqi yaratmır”.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Son statistikalara əsasən, Azərbaycanda pul bazasının həcmi əhəmiyyətli dərəcədə artıb. İqtisadiyyatda pul kütləsinin artması isə inflyasiyaya səbəb olan meyarlardan hesab edilir.
Məsələ ilə bağlı Mərkəzi Bankdan bildirilib ki, ölkədə bu dövrdə pul bazasının artım tempinin yüksək olmasına baxmayaraq, inflyasiya səviyyəsi orta hesabla illik 2,5 faiz olub:
“Pul bazası bu ilin ötən dövründə 4,5 faiz, manatla geniş pul kütləsi isə 5,8 faiz artıb. Dövriyyədə olan nağd pul kütləsinin həcmi isə cüzi (1,8 faiz) artım nümayiş etdirib.
Bütövlükdə, son illər ərzində monetar şəraitin yumşaq saxlanılması çərçivəsində pul kütləsinin artımı makroiqtisadi sabitlik hədəflərinə xələl gətirmədən iqtisadiyyatın pula tələbinin ödənilməsi və iqtisadi aktivliyin dəstəklənməsinə yönəldilib”.
Qeyd edək ki, 2021-ci il avqust ayının əvvəlinə olan göstəriciyə əsasən, Azərbaycanda manatla pul bazasının həcmi 14 213 400 000 manat təşkil edib.
Pul bazasının həcmi aylıq müqayisədə 3 faizə qədər, 2020-ci ilin eyni dövrü ilə (illik) müqayisədə isə 21,7 faiz artıb. İlin əvvəlinə Azərbaycanda manatla pul bazasının həcmi 13 564 200 000 manat olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:27 / 11.08.2021
Manat dəyərini itirir? - Mərkəzi Bankdan AÇIQLAMA
Hazırda oxunan: Manat dəyərini itirir? - Mərkəzi Bankdan AÇIQLAMA
Hazırda oxunan: Manat dəyərini itirir? - Mərkəzi Bankdan AÇIQLAMA
32158
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.