Kəlbəcər yaylaqlarında bal süzümü - FOTO

Kəlbəcər yaylaqlarında bal süzümü - FOTO

Hazırda oxunan: Kəlbəcər yaylaqlarında bal süzümü - FOTO

31870

“Kəlbəcər yaylaqlarında bal süzümü yekunlaşır”.

Bizim.Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vüqar Hüseynov feysbuk hesabında paylaşım edib. 

O bildirib ki, ərazidə məhsuldarlıq gözləntiləri üstələyib:

“Hər pətəkdən 30 kiloqram bal götürməyi hədəfləyən arıçılar 45-50 kiloqram bal toplamağın sevincini yaşayırlar. Zülfüqarlı kəndində yerləşən arıçılıq təsərrüfatının rəhbəri Vahid Məmmədovla arıların yaylaqlarda davranışını, iş qabiliyyətinin artmasını, yaylaq bitkilərinin nektar potensialını müzakirə etdik. Vahid müəllim deyir ki, Kəlbəcər balı polen tərkibinə görə əvəzsizdir. Bu balın markalaşdırılması, brendləşdirilməsi vacibdir.

Buna nail olsaq, Kəlbəcər, Laçın balı xarici ölkələrə yüksək qiymətə ixrac etmək olar. Bundan həm dövlət, həm arıçı qazanar. 

Bir məsələdə də fikirlərimiz üst-üstə düşür. - gələn il arıları aprelin sonlarında yaylaqlara qaldıra bilsələr, 3-4 dəfə keyfiyyətli bal süzə biləcəklər. Kəlbəcər yaylaqlarının bitki və meşə örtüyü potensialı buna imkan verir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO