Sahibkarlara ŞAD XƏBƏR: - Vergi Xidməti yeni qərar qəbul etdi

Sahibkarlara ŞAD XƏBƏR: - Vergi Xidməti yeni qərar qəbul etdi

Hazırda oxunan: Sahibkarlara ŞAD XƏBƏR: - Vergi Xidməti yeni qərar qəbul etdi

31432

“Sahibkarlığın inkişafı üçün vacib olan daha bir məsələ öz həllini tapır. Uzun müddət idi ki, sahibkarların artıq ödədiyi Əlavə Dəyər Vergisini (ƏDV) geri almaqda çətinlikləri var idi. Əvəllər artıq ödənilmiş vəsaitin geri alınması ya mümkün olmurdu, ya da uzun müddət tələb edirdi. Əksər hallarda sahibkarlar əvəzləşməyə getmək məcburiyyətində qalırdılar. “Vahid elektron lövhə”-nin tətbiqi bu problemi həll edəcək”.
 

MÖVZU İLƏ BAĞLI:

“ƏDV geri al” nağdsız ödənişlərə marağı nə qədər artırıb? – HƏCM


Bizim.Media-nın xəbərinə görə, bunu millət vəkili, iqtisadçı alim Vüqar Bayramov öz ''facebook'' səhifəsində bildirib: 

““Vahid elektron lövhə” dünya təcrübəsində ƏDV-nin geri qaytarılması üçün elektron müraciət və addımları nəzərdə tutur. Dövlət Vergi Xidmətinin tətbiq etdiyi bu platforma vergi ödəyəcilərinə imkan verəcək ki, ƏDV üzrə artıq vergi ödədikləri halda həmin vəsaitin büdcədən geri qaytarılmasını təmin edə bilsinlər. Digər tərəfdən, vergi ödəyiciləri öz müraciətini elektron formada izləyə biləcək”.

Millət vəkili qeyd edir ki, beynəlxalq hesabatlarda irəli sürülən təkliflərdən biri  də “Vahid elektron lövhə”nin tətbiq edilməsi idi.

Bu baxımdan da Azərbaycanda bu praktikadan istifadə edilməsi beynəlxalq hesabatlarda ölkəmizin müsbət təsir göstərəcək.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO