Nazir müavini: “Kəlbəcərdən külli miqdarda qızıl çıxarılıb”

Nazir müavini: “Kəlbəcərdən külli miqdarda qızıl çıxarılıb”

Hazırda oxunan: Nazir müavini: “Kəlbəcərdən külli miqdarda qızıl çıxarılıb”

2963

"Azərbaycanın işğaldan azad olunan ərazilərinin inkişaf etdirilməsi çoxsaylı və müxtəlif sektorları əhatə edəcək".

Bizim.Media xəbər verir ki, bunu Qarabağın gələcək iqtisadiyyatına həsr olunan müzakirələr zamanı iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, öndə ilkin olaraq idarəetmə və təhlükəsizlik məsələləri durur:

“Söhbət əraziləri minalardan və digər hərbi resurslardan təmizlənməsindən, həyata birbaşa təhlükə yaradan bioloji və ekoloji pozuntuların aradan qaldırılmasından gedir''.

''Həmçinin, sərhəd xidməti və polis nəzarətinin təşkil olunması, dövlət orqanlarının fəaliyyəti də bura aiddir".

Nazir müavini onu da bildirib ki, işğal altında olan torpaqlarda 7 rayon mərkəzi, 6 şəhər, 12 qəsəbə, 830 kənd, 700 xəstəxana və tibb müəssisəsi, 6 dövlət teatrı, 368 klub, 85 musiqi məktəbi, 600 sənaye, kənd təsərrüfatı və s. müəssisələri dağıdılıb, talan və məhv edilib:

“Bəzi mənbələrə görə, ermənilər təbii sərvətlərimizin qanunsuz istismarı yolu ilə Kəlbəcərdə küllü miqdarda qızıl çıxarıb.

Bu statistik məlumatlara nəzər yetirmək kifayətdir ki, görüləcək işlərin miqyasını təsəvvür edək",- deyə N. Səfərov bildirib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO