Şərqi Zəngəzurda sahibkarlar sahələrini sığortalaya biləcək - QİYMƏT

Şərqi Zəngəzurda sahibkarlar sahələrini sığortalaya biləcək - QİYMƏT

Hazırda oxunan: Şərqi Zəngəzurda sahibkarlar sahələrini sığortalaya biləcək - QİYMƏT

29484

Avqust ayının sonundan etibarən fermerlər taxıl və kartof əkinlərini dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə sığortalaya bilərlər.

Aqrar Sığorta Fondundan Bizim.Media-ya verilən məlumatda, təqribən 11 000 manatlıq kartof məhsulu yığılan sahə üçün fermerin ödəyəcəyi sığorta məbləği açıqlanıb.

Bir hektar üçün nəzərdə tutulan sığorta haqları aşağıdakı kimidir:

Qarabağ regionu - 73 manat

Şərqi Zəngəzur regionu - 73 manat

Şəki-Zaqatalada - 120 manat

Lənkəran-Astara region - 49 manat

Qazax-Tovuz ərazisi - 180 manat

Mərkəzi Aran rayonları - 59 manat

Quba-Xaçmaz bölgəsi - 49 manat

Mil-Muğan regionunda - 59 manat

Abşeron-Xızı bölgəsində - 49 manat

Gəncə-Daşkəsən regionunda - 180 manat

Şirvan-Salyan zonasında - 59 manat

Dağlıq Şirvan bölgəsində - 46 manat

Bakıda - 49 manat.

Bütün hallarda fermer sığorta haqqının yalnız 50 faizini ödəyəcək, məbləğin qalan 50 faizi fermerlərə dəstək üçün dövlət ödəyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO