Azərbaycanda 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 80,8 faiz, qida məhsullarının istehsalında 8,1 faiz artım, içki istehsalında isə 5,0 faiz azalma müşahidə olunub.
Qida məhsullarından qənd və şəkər tozunun istehsalı 79,3 faiz, duru bitki yağlarının istehsalı 4,6 faiz, kərə yağının istehsalı 5,4 faiz, kolbasa məmulatlarının istehsalı 8,4 faiz artıb, marqarin istehsalı isə 8,7 faiz azalıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan bu il ötən ildən 59,2% çox tütün idxal edib - STATİSTİKA
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən ölkəmizdə qida məhsullarının, içki və tütün məmulatlarının istehsal göstəricilərini və ötən ilin müvafiq dövrü ilə müqayisədə artım və ya azalma faizini təqdim edir:
Qida məhsulları
Kolbasa məmulatları – 12 061,5 ton - 8,4 faiz artım
Qaymaq və xama - 4521,9 ton - 22,6 faiz artım
Pendir və kəsmik - 26741,5 ton - 1,7 faiz artım
Kərə yağı - 12838,5 ton - 5,4 faiz artım
Cem və marmeladlar - 44469,9 ton - 17,7 faiz artım
Duru bitki yağları - 28298,2 ton - 4,6 faiz artım
Marqarin - 24491,0 ton – 8,7 faiz azalma,
Qida üçün yararlı olan duz - 36,0 min ton - 2,9 faiz artım,
Qənd və şəkər tozu, 169,6 min ton - 79,3 faiz
İçki məhsulları
Araq - 744,8 min dkl - 38,3 faiz azalma
Brendi (konyak) - 10,0 min dkl – 24 faiz azalma
Üzüm şərabı 334,2 min dkl - 206,0 faiz artım
Pivə - 2574,3 - 3,3 faiz artım
Alkoqolsuz içkilər, 14656,9 min dkl - 16,4 faiz artım
Tütün məmulatları
Fermentləşdirilmiş tütün - 663,1 ton – 73,3 faiz azalma
Papiros və siqaretlər - 6888,5 milyon ədəd – 2,3 dəfə artım
Xatirə Nəsirli, Bizim.Media