"Dünya Bankının "Doing Business” hesabatına əsasən, Azərbaycan biznes mühitinə görə dünyada 28-ci yerdədir və Azərbaycanda xarici sərmayələr müvafiq qaydada qorunur”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Dövlət başçısı ümidvar olduğunu bildirib ki, xarici şirkətlər bu mövzunu ciddi nəzərdən keçirəcək:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Dünya Bankının kreditindən imtina etdi - RƏSMİ
"Yeri gəlmişkən, deyə bilərəm ki, artıq Avropadan olan bir şirkət azad edilmiş ərazilərdə 200 meqavat gücündə günəş elektrik stansiyasının inşası ilə bağlı Azərbaycan hökuməti ilə ilkin sənədləri imzalayıb.
Bu, yaxşı başlanğıcdır və əminəm ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunmuş ərazilərimizdə daha çox şirkətlər çalışacaq və daha geniş fəaliyyət olacaq”.
Bizim.Media