Dollar bahalaşır, avro UCUZLAŞIR – Bəs MANAT?

Dollar bahalaşır, avro UCUZLAŞIR – Bəs MANAT?

Hazırda oxunan: Dollar bahalaşır, avro UCUZLAŞIR – Bəs MANAT?

28532

“Dünya bazarında ABŞ dolları əsas valyutalara nisbətən möhkəmlənməkdə davam edir. Son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb. Dünənki birjalarda dollar Avropa pulu daxil olmaqla əksər səbət valyutalarına nisbətən son bir ayın ən yüksək artımı ilə tamamlayıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə deputat- iqtisadçı Vüqar Bayramov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Dollar limiti yenidən GÜNDƏMDƏ – Göstərişi kim VERİR?


Onun sözlərinə görə ABŞ dollarındakı artımlar bu ölkə iqtisadiyyatı ilə bağlı pozitiv xəbərlər, proqnozlar olmaqla yanaşı həm də texnoloji şirkətlərin səhmlərinin dəyərinin yüksəlməsi, valyuta və qiymətli kağızlar bazarı vasitəsi ilə istehlak mallar indeksi göstəricləri ilə əlaqələndirilir:

“Digər tərəfdən, ABŞ-da sürətli vaksinasiya da dolların məzənnəsinə təsir göstərir. 335 milyon dozanın bölüşdürüldüyü Birləşmiş Ştatlarda əhalinin yarıdan çoxu artıq vaksinasiya prosesindən keçib.

Dolların möhkəmlənməsi bir sıra starteji məhsullar bazarına da təsirsiz ötüşməyib. Son 1 ayda dünya bazarında qızılın qiyməti 2.8 faiz ucuzlaşıb. Dolların dünya bazarında möhkəmlənməsi fonunda region ölkələrinin bazarında ciddi volatillik müşahidə olunmasa da, qonşu Rusiyada rubl son 1 ayda 3 faizə yaxın dəyər itirib”. 

Deputat qeyd edib ki, Azərbaycanda üzən valyuta məzənnəsinə tam keçirilmədiyi üçün manatın məzənnəsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır:

“Ölkəyə daxil olan valyutada əsas paya malik olan neftin dünya bazar qiyməti məqbul səviyyədədir. Hazırda 1 barel Brent markalı neft dünya bazarında 76 dollardan baha satılır.

2021-ci il dövlət büdcəsində neftin qiyməti hər barel üçün 40 dollar nəzərdə tutulsa da, qlobal vaksinasiya səbəbindən enerji bazarında tələbin artması müşahidə olundu. Bununla yanaşı, qlobal sistemindəki bazarındakı volatilliyi nəzərə alaraq Mərkəzi Bankın Azərbaycanın valyuta bazarını mərhələli şəkildə liberallaşdırması məqsədəuyğundur. Qlobal bazarlarda yeni sıçrayışlar risklərini nəzərə aldıqda uzunmüddətli dövr üçün liberal valyuta bazarı daha sığortalanmış hesab olunur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO