Azərbaycanın dəstəyi və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən təşkil olunan XXIV Avrasiya İqtisadi Zirvəsi İstanbulda işə başlayıb.
Bizim.Media xəbər verir ki, yeni növ koronavirus (COVID-19) pandemiyası riskinə görə, iştirakçıların bir hissəsinin onlayn qatıldığı toplantıda siyasi və dövlət xadimləri, nazirlər, beynəlxalq təşkilat rəhbərləri, sabiq dövlət və hökumət başçıları iştirak edirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin toplantıya ünvanlandığı məktub energetika naziri Pərviz Şahbazov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubu isə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım tərəfindən oxunub.
İyulun 8-də və 9-da davam edəcək toplantıda açılış mərasimindən sonra təşkil olunacaq 6 paneldə əyani və onlayn müzakirələr əsasında müasir dünyanın hazırda qarşılaşdığı qlobal problemlər, inkişafa mane olan və onun düzgün yollarının tapılması məsələləri müzakirə olunacaq, bir neçə təqdimat keçiriləcək.
Bugünkü ikinci panel Avropa-Qafqaz-Asiya və “Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji coğrafi əhəmiyyəti əsasında Prezident İlham Əliyev tərəfindən iyulun 1-də təməli qoyulan Ələt Azad İqtisadi Zonasına həsr olunub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:17 / 08.07.2021
İstanbulda 24-cü Avrasiya İqtisadi Zirvəsi işə başladı
Hazırda oxunan: İstanbulda 24-cü Avrasiya İqtisadi Zirvəsi işə başladı
Hazırda oxunan: İstanbulda 24-cü Avrasiya İqtisadi Zirvəsi işə başladı
27851
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.