Azərbaycanda Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı - RƏSMİ

Azərbaycanda Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı - RƏSMİ

Hazırda oxunan: Azərbaycanda Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı - RƏSMİ

27724

Azərbaycanda Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb.

Bizim.Media-nın xəbərinə görə, bu, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Prezidentinin Fərmanında əks olunub.

Fərmana əsasən, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları Şərqi Zəngəzur iqtisadi rayonunun tabeliyinə verilib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Xankəndi ilə bağlı fərman İMZALADI


Fərmanda qeyd olunub ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Qeyd edək ki, bundan əvvəlki bölgüdə Kəlbəcər-Laçın iqtisadi rayonu mövcud olub və Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO