Dollar sürətlə UCUZLAŞIR – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Dollar sürətlə UCUZLAŞIR – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Hazırda oxunan: Dollar sürətlə UCUZLAŞIR – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

273747

ABŞ hökumətinin 7 ildən sonra ilk dəfə fəaliyyətini dayandırmasından sonra dollar son bir ayın ən böyük ucuzlaşma həddinə yaxınlaşıb.

“Bloomberg Dollar Spot” indeksi ardıcıl dördüncü gün geriləyib, dollar G10 valyutalarının hamısına qarşı zəifləyib, Yapon yeni isə son iki həftənin maksimumuna yüksəlib.

Tarixi olaraq, şatdaunlar dollara mənfi təsir göstərir və bu, opsion bazarında da əks olunur. “Jefferies” şirkətinin strateqi Mohit Kumarın sözlərinə görə, dolların zəifliyi davam edəcək, xüsusilə də əgər fəaliyyətin dayanması uzanarsa.

Pul bazarları indi ilin sonuna qədər FED-in siyasət yumşalmasını 42 baza bəndi səviyyəsində qiymətləndirir, bu göstərici bir həftə öncə 37 baza bəndi idi.

Bəs bu ucuzlaşmanın qlobal bazara və ölkəmizə hansı təsirləri var?

Suala aydınlıq gətirən iqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media ilə söhbətində deyib ki, dünya bazarına dolların ucuzlaşmasının təbii ki, təsirləri var:
 

“Bu Amerika iqtisadiyyatı üçün heç də pis deyil. Dollar indeksinin aşağı düşməsi Amerika məhsullarının rəqabət qabiliyyətini artırır və məhsulların Avropa Birliyinə, eləcə də dünya ölkələrinə daha çox ixracıyla nəticələnəcək. Ona görə də bu prosesin qlobal iqtisadiyyata fərqli təsirləri var.


Azərbaycana isə birbaşa təsiri yoxdur. Çünki Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir, hökümətin və Mərkəzi Bankın qərarına əsasən formalaşır. Ona görə də dolların dünya bazarında dəyərdən düşməsi Azərbaycanda dollar-manat məzənnəsinə təsir etmir”.

Müsahibimiz onu da əlavə etdi ki, bu proses çarpaz məzənnədə manata təsir edir:

“Çünki Azərbaycan manatı dollara indeks olunduğuna görə dolların avroya, funt-sterlinqə və digər Beynəlxalq valyutalara nisbətdə dəyərdən düşməsi həmin valyutaların manat qarşısında bahalaşmasına səbəb olur. Məsələn son zamanlar avronun məzənnəsinin 2 manatdan yuxarı qalxması məhz bununla bağlıdır.

Yəni bizdə avro-manat məzənnəsi birbaşa müəyyənləşmir. Çünki manat dollar indekslidir. Dolların istənilən valyuta qarşısında hərəkətliliyi Azərbaycan manatının həmin valyutaya qarşı hərəkətliliyinə səbəb olur. Son zamanlarda avronun, funt-sterinq və digər Beynəlxalq valyutaların Azərbaycan manatına qarşı bahalaşması məhz dollar indeksinin ucuzlaşması ilə əlaqəlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO