Gəncə sakinlərinin DİQQƏTİNƏ – Avtobusda gediş haqları ilə bağlı YENİLİK – FOTO

Gəncə sakinlərinin DİQQƏTİNƏ – Avtobusda gediş haqları ilə bağlı YENİLİK – FOTO

Hazırda oxunan: Gəncə sakinlərinin DİQQƏTİNƏ – Avtobusda gediş haqları ilə bağlı YENİLİK – FOTO

271756

Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gediş haqqını ilk dəfə olaraq kartlar və digər nəğdsiz ödəniş sistemləri ilə ödəmək mümkün olacaq. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə vətəndaşlar “CityCard” nağdsız ödəniş sistemi, istənilən bank kartları, həmçinin mobil ödəniş vasitələri (“Google Pay” və “Apple Pay”) ilə ödəmək mümkün olacaq. 
 

Eləcə də sərnişinlər “CityCard Azerbaijan” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləməklə balanslarını onlayn artıra, QR kod vasitəsilə ödənişlərini rahat həyata keçirə biləcəklər. Gəncədə fəaliyyət göstərən bütün avtobus marşrut xətlərini əks etdirən Gəncə nəqliyyat xəritəsi sərnişinlərə sürətli və rahat nəqliyyat imkanı əldə edəcəklər. 


“BakuBus” MMC-nin Gəncə şəhərində fəaliyyətə başlaması ilə ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, sərnişin məmnuniyyətinin təmin olunması və ödəniş proseslərinin tamamilə nağdsız formata keçirilməsi təmin olunacaq. 

Hazırlıq prosesinin tərkib hissəsi olaraq bu gündən etibarən “CityCard” ödəniş kartlarının Gəncə şəhərində bütün “Azərpoçt” filiallarında satışına başlanılacaq. Kartın dəyəri 2 (iki) manat müəyyən edilib.

Qeyd edək ki, xüsusi kampaniya çərçivəsində bir ay ərzində “CityCard” əldə edən hər bir vətəndaşa iki gediş hədiyyə olunacaq.

Məlumat üçün əlavə edək ki, "BakuBus"ın Gəncədə fəaliyyətə başlaması ilə əlaqədar "CityCard" veb saytında Gəncə Nəqliyyat Xəritəsi istifadəyə verilib. Hər bir vətəndaş veb-sayta daxil olaraq marşrut xətləri, dayanacaqlar və hərəkət istiqamətləri barədə ətraflı məlumat əldə edə, gündəlik səfərlərini daha rahat və planlı şəkildə təşkil edə bilərlər. 


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO