Qeyri-neft qaz sektorunda əlavə dəyər 4,5 faiz artıb” - Mikayıl Cabbarov - FOTO

Qeyri-neft qaz sektorunda əlavə dəyər 4,5 faiz artıb” - Mikayıl Cabbarov - FOTO

Hazırda oxunan: Qeyri-neft qaz sektorunda əlavə dəyər 4,5 faiz artıb” - Mikayıl Cabbarov - FOTO

27078

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) üzv ölkələrin nümayəndələrinin, həmçinin beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə videokonfrans formatında Bankın Müdirlər Şurasının 30-cu illik toplantısı keçirilib.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata əsasən, müdirlər Şurasının plenar sessiyasında AYİB-ə üzv ölkələrin nümayəndələrinın çıxışları dinlənilib.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Bankla əlaqələrin inkişafına önəm verdiyini, AYİB-in hər zaman etibarlı tərəfdaş olduğunu vurğulayıb, ölkəmizin iqtisadi inkişafına uzunmüddətli və davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib.  

İqtisadiyyat naziri koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq məqsədilə həyata keçirilən genişmiqyaslı dəstək tədbirləri barədə məlumat verib.

Qeyd olunub ki, 2021-ci ilin yanvar-may aylarına ÜDM 0,8 faiz, qeyri-neft qaz sektorunda əlavə dəyər 4,5 faiz artıb.

Toplantıda AYİB-in strateji istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, maliyyə hesabatları dinlənilib, Bankın Müdirlər Şurasının növbəti il üzrə institusional tərkibi müəyyənləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO