Azərbaycanda qeyri-neft ixracı nə qədər artıb? - STATİSTİKA 

Azərbaycanda qeyri-neft ixracı nə qədər artıb? - STATİSTİKA 

Hazırda oxunan: Azərbaycanda qeyri-neft ixracı nə qədər artıb? - STATİSTİKA 

26914

Bu ilin yanvar-iyun ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən 101,7 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yayıb. 

Mənbə bildirir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% artıb. 

Bu ilin iyun ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 22 mln. dollar olub ki, bu da may ayı ilə müqayisədə 43,8% çoxdur. 

Qeyd edək ki, 2017-ci ildən 2021-ci ilin iyun ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 575 mln. dollar təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO