Bu il Ceyhan terminalından neftlə yüklənmiş neçə tanker yola salınıb?

Bu il Ceyhan terminalından neftlə yüklənmiş neçə tanker yola salınıb?

Hazırda oxunan: Bu il Ceyhan terminalından neftlə yüklənmiş neçə tanker yola salınıb?

26903

Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,67 mlrd. bareldən çox neft yola salınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə BIL şirkəti məlumat yayıb. 

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir. 

Məlumata görə, hesabat dövründə terminaldan 4 796 tanker AÇG nefti ilə yüklənilib. Bu il (iyulun 1-nə olan vəziyyətə görə) Ceyhan neft terminalından 99 095,833 min barel neft 137 tankera yüklənilərək göndərilib. 

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO