İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink və həmkarları ilə görüşüb.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata əsasən, görüşdə Azərbaycanın AYİB-lə əlaqələrin inkişafına önəm verdiyi və uğurlu əməkdaşlıq etdiyi vurğulanıb.
Bildirilib ki. AYİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 177 layihə üzrə üç milyard avrodan çox investisiya yatırılıb.
MÖVZU İLƏ BAĞLI:
Avropa Yenidənqurma və İnkişaf Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru – FOTO
İqtisadiyyat naziri Azərbaycanın sosial-iqtisadi prioritetləri barədə məlumat verib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində işğaldan azad olunmuş ərazilərimizin bərpasında və ölkə iqtisadiyyatına reinteqrasiyasında Bankın iştirak imkanlarını diqqətə çatdırıb.
Bildirilib ki, AYİB-lə Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığın inkişafı, həmçinin dövlət-özəl tərəfdaşlığı, “yaşıl iqtisadiyyat” və bərpa olunan enerji üzrə əlaqələrin gücləndirilməsi potensialı böyükdür.
Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink Bankın Azərbaycanla uzunmüddətli və səmərəli tərəfdaşlığını vurğulayıb, ölkəmizin geniş iqtisadi potensialının əlaqələrin möhkəmləndirilməsinə əlverişli zəmin yaratdığını və qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləmək niyyətini qeyd edib.
Bizim.Media