Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 19 ölkəyə 14 milyon 470 min 571,55 ton həcmində neft ixrac olunub.
Bu barədə Bizim.Media Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-5 ölkələr sırasına İtaliya, Çexiya, Xorvatiya, Portuqaliya və Rumıniya daxil olub.
Bu ilin 7 ayında Azərbaycan İtaliyaya 4 milyard 424 milyon 208,27 min ABŞ dolları dəyərində 8 milyon 431 min 427,82 ton, Çexiyaya 547 milyon 91,18 min ABŞ dolları dəyərində 1 milyon 27 min 599,56 ton, Xorvatiyaya 450 milyon 838,01 min ABŞ dolları dəyərində 827 min 707,93 ton xam neft ixrac edib.
Portuqaliyaya 385 milyon 76,01 min ABŞ dolları dəyərində 714 min 269,12 ton və Rumıniyaya 378 milyon 39,37 min ABŞ dolları məbləğində 685 min 972,26 ton neft tədarük edilib.
Aşağıdakı cədvəldə Azərbaycanın bu ilin yanvar-iyul ayları ərzində neft ixrac etdiyi ölkələrin tam siyahısı göstərilib:
-* Ötən ilin eyni dövründə tədarük olmayıb.
Bizim.Media