Azərbaycan 30-dan çox ölkəyə yardım edib – Beynəlxalq təşkilatın hesabatı

Azərbaycan 30-dan çox ölkəyə yardım edib – Beynəlxalq təşkilatın hesabatı

Hazırda oxunan: Azərbaycan 30-dan çox ölkəyə yardım edib – Beynəlxalq təşkilatın hesabatı

26060

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı İnkişafa Yardım Komitəsinin (OECD DAC) rəsmi internet səhifəsində ölkəmizin xarici ölkələr və beynəlxalq təşkilatlara göstərdiyi yardımları barədə hesabatı dərc edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, hesabatda aparılmış uğurlu siyasət nəticəsində ölkəmizin yardım alan dövlətdən yardım edən donora çevrildiyi, beynəlxalq yardımların operativ və əlaqələndirilmiş şəkildə göstərilməsi üçün 2011-ci ildə Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təsis olunduğu vurğulanır.

Beynəlxalq yardım siyasətində Dayanıqlı İnkişaf Məqsədlərini rəhbər tutan ölkəmizin qlobal donorluq missiyasında özünə məxsus yer tutduğu, dünyada yayılmış yeni növ koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası tərəfindən 30-dan çox xarici ölkəyə və 3 beynəlxalq təşkilata yardım edildiyi qeyd edilir.

Hesabatda, həmçinin AIDA-nın fəaliyyətində qlobal sülh, təhlükəsizlik və insanların firavan həyatının təmin edilməsi prinsiplərini rəhbər tutduğu, daha çox təcrübə mübadiləsi, ictimai xidmətlərin inkişafı, təhsil, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi, gənclərin və qadınların cəmiyyətdə rolunun artırılması və digər mühüm sahələrdə inkişaf etməkdə olan ölkələrdə iki və çoxtərəfli əsasda həyata keçirilən təşəbbüslərə dəstəyin göstərildiyi bildirilir. Ölkəmiz tərəfindən göstərilmiş yardımların sektorlar üzrə bölgüsü və statistik rəqəmlərlə yardımları əks olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO