Anoloqsuz KREDİT FAİZLƏRİ – Əhali banklar qarşısında sürətlə borclanır

Anoloqsuz KREDİT FAİZLƏRİ – Əhali banklar qarşısında sürətlə borclanır

Hazırda oxunan: Anoloqsuz KREDİT FAİZLƏRİ – Əhali banklar qarşısında sürətlə borclanır

25927

“Bu ilin ilk 4 ayında bankların həm kredit qoyuluşları, həm də problemli kreditlərinin həcmi artıb. Belə ki, ötən ili 14 milyard 530 milyon manat kredit portfeli ilə başa vuran bank sektoru bu göstəricini 14 milyard 987 milyon manata çatdıra bilib.

Digər tərəfdən, ötən ilin sonunda 893 milyon manat problemli kreditləri olan banklar artıq 921 milyon manat geri qaytarılmayan kreditlərə sahibdirlər”. 

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov “Facebook” hesabında qeyd edib. Onun sözlərinə görə bu ilin ilk 4 ayında kredit portfeli ilə problemli kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə eyni nisbətdə artıb:
 

MÖVZU İLƏ BAĞLI:

Kiçik kreditlər bu şəkildə veriləcək - YENİLİK


“Hər iki göstəricidə 3.1 % artım qeydə alınıb. Kredit portfelinin artması müsbət məqam olsa da, problemli kreditlərin məbləğinin son ilin ilk 4 ayında 3.1 faiz artması arzuolunan hal deyil. Bu məsələdə pandemiyanın təsirləri xüsusi rol oynasa da, bankların bahalı kredit siyasəti, o cümlədən bir sıra hallarda ödəmə qabiliyyətini yolxlamadan maliyyələşmələr həyata keçirilməsi də təsirsiz qalmayıb.

Depozit dividentləri ilə kredit faizləri arasında da kəskin fərq yaranıb. Artıq, bəzi banklar xarici valyutada dividentlərə ya faiz ödənişi etmirlər, ya da cüzi divident hesablayırlar”. Manat üzrə depozit dividentlərinin də azaldığını önə çəkən deputat buna baxmayaraq kredit faizlərində nəzərəçarpan azalmaların olmadığını qeyd edib:

“Yüksək kredit faizləri problemli kreditlərin həcminə təsir göstərir və nəticədə 2021-ci ilin geridə qalan aylarında qaytarıla bilməyən kreditlərin həcmində artım müşahidə olunub.

Bu baxımdan, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO