“Türk axını” qaz nəqlini müvəqqəti dayandırdı - SƏBƏB

“Türk axını” qaz nəqlini müvəqqəti dayandırdı - SƏBƏB

Hazırda oxunan: “Türk axını” qaz nəqlini müvəqqəti dayandırdı - SƏBƏB

25872

22 iyun-29 iyun tarixləri arasında “Türk axını” qaz kəmərinin hər iki dəniz xətti boyunca qaz nəqli dayandırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə layihənin rəsmi saytında məlumat verilib. 

“Mk.ru” saytı yazır ki, bu, illik planlı təmir və əsas diaqnostik işlərlə əlaqədardır. “South Stream Transport B.V.” şirkəti dənizdə qaz ötürmə sisteminin operatorudur. 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə ilə Azərbaycan Liviyada birgə neft-qaz çıxara bilər – TƏFƏRRÜAT


Xatırladaq ki, “Türk axını”nın uzunluğu 930 kilometrdən çoxdur və Türkiyənin qaz ötürmə sistemini Rusiyanın ən böyük yanacaq ehtiyatları ilə birbaşa əlaqələndirir. Qaz kəməri Qara dəniz boyunca Türkiyənin qərb hissəsinə uzanır, Cənubi və Cənub-Şərqi Avropaya da çatdırılır.

2016-cı ildə uğursuz olan “Cənubi axın” layihəsini “Türk axını” əvəz edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO