ABŞ və Çin arasında ticarət sazişi İMZALANDI

ABŞ və Çin arasında ticarət sazişi İMZALANDI

Hazırda oxunan: ABŞ və Çin arasında ticarət sazişi İMZALANDI

256848

Birləşmiş Ştatlar iyunun 25-də Çin ilə yeni ticarət razılaşması imzalayıb və tezliklə Hindistanla da bənzər bir sövdələşmə bağlamağa ümid edir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Biz yalnız dünən Çin ilə ticarət razılaşması imzaladıq, doğrudur? İndicə Çin ilə imzaladıq”, — o, Ağ evdə büdcə və vergi sahəsindəki planlarına həsr olunmuş tədbirdə çıxışı zamanı söyləyib. 
 

“Bizim qarşıda gözəl sövdələşmələrimiz var. Qarşıda Hindistanla sövdələşmə ola bilər. Biz Amerika biznesi üçün Hindistanı açacağıq. Çin sövdələşməsində biz ABŞ istehsalçıları üçün Çini açmağa başlayırıq”, — Prezident söyləyib. O, təfərrüatları açıqlamayıb.


“Biz bütün ölkələrlə sövdələşmələr bağlamayacağıq. Bəzi dövlətlərə biz sadəcə məktublar göndərəcəyik, onları 25 %, 35 %, 45 % ödəyəcəkləri barədə məlumatlandıracağıq”, - Tramp bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO