Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

Hazırda oxunan: Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

253882

Bu il gümüşün qiymətində müşahidə edilən artım sürəti qızıla nisbətən daha yüksək olub. 


Sfera.az xəbər verir ki, sürətli artımın nəticəsində uzun 11 illik fasilədən sonra nəcib metalın bir qramının qiyməti yenidən 1 dolları ötüb. 


Hazırda beynəlxalq birjalarda gümüşün bir troya unsiyasının (31,1 qram) qiyməti 31,7 dollardır. Başqa sözlə, bir qram gümüşün dəyəri 1,02 dollara bərabərdir. 


Məlumatların təhlilindən görünür ki, son bir ildə gümüşün qiyməti 35 faiz artıb. Bir il əvvəl qramı 0,77 dollar olan gümüşün dəyəri ötən müddətdə təxminən 0,25 dollar yüksəlib. Müqayisə üçün bildirək ki, son bir ildə qızıl 24 faiz bahalaşıb. 


Gümüşdə bahalaşma 2024-cü ilin martından müşahidə edilir. Gümüşün bahalaşmasının əsas səbəbi qızılın dəyərinin artması ilə bağlıdır. Qızıl bahalaşdıqda digər qiymətli metallar da bahalaşır. Lakin qızılın dəyəri daha çox artdıqda yığım vasitəsi kimi nisbətən ucuz dəyərli metallara da maraq artır. Bu səbəbdən gümüşün dəyərində daha sürətli artım müşahidə olunub.


Vasif



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO