Bəzi məcburi köçkün uşaqlarının müavinətinin kəsilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Bəzi məcburi köçkün uşaqlarının müavinətinin kəsilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bəzi məcburi köçkün uşaqlarının müavinətinin kəsilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

252644

Bu il iyunun 1-dən etibarən 18 yaşı tamam olmamış və valideynlərindən biri məcburi köçkün olmayan şəxslərin vahid aylıq müavinətlərinin (“çörəkpulu”) kəsiləcəyi ilə bağlı məlumatlar yayılıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti iddialara aydınlıq gətirib. 
 

Açıqlamada qeyd olunub ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilib:


“Bu qayda əsasında vahid aylıq müavinət alan məcburi köçkünlərə dövlət büdcəsindən müvafiq vəsaitin ödənilməsi davam etdirilir.

Qaydanın 2.6-cı bəndinə əsasən, valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara vahid aylıq müavinət verilmir:

“Bu və digər bəndlərin icrası müntəzəm xarakter daşıyır. Mütəmadi dürüstləşdirmə aparılarkən uşağın valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmadıqda, ona vahid aylıq müavinət ödənilmir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO