Nazir: “Ermənistanın kapitulyasiyası energi təhlükəsizliyinin qarantidır”

Nazir: “Ermənistanın kapitulyasiyası energi təhlükəsizliyinin qarantidır”

Hazırda oxunan: Nazir: “Ermənistanın kapitulyasiyası energi təhlükəsizliyinin qarantidır”

2524

“Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnən Ermənistanın hərbi kapitulyasiyası Azərbaycanın regional və qlobal enerji layihələrinin təhlükəsizliyinə və etibarlılığına qarant olacaq”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunun  Nazirlərinin 22-ci Görüşündə deyib.

Nazir bildirib ki, sentyabrın 27-dən Bakı-Tbilisi-Ceyhan boru kəmərinə, Cənubi Qaz Dəhlizinə, Bakı-Novorossiysk neft kəmərinə zərbə endirmək üçün Ermənistan bir neçə dəfə cəhd göstərib:

"Qlobal neft-qaz bazarında sabitlik konkret dayanıqlı siyasi mühit tələb edir. Buna görə də Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ədaləti və ərazi bütövlüyünü bərpa edərək otuzillik münaqişəyə son qoyması faktı böyük qarşılıqlı faydalı bir məqsədə xidmət edir", - deyə P. Şahbazov qeyd edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO