"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

Hazırda oxunan: "Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

250644

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”.


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov deyib.


 
“Palatanın daha çox önəm verdiyi sənəd strateji plandır. Daha məqsədəuyğun olardı ki, illik fəaliyyət planı internet səhifəsində elan olunsun. Bu, şəffaflıq üçün çox vacibdir. Pre-auditin aparılması ilə bağlı məsələ də var. Onun tətbiq edilməsi şəffaflığa gətirib çıxara bilər. Çünki 31 auditin 27-də, yəni 80 faizində qanun pozuntusu, uyğunsuzluğa rast gəlinib. Bu da böyük rəqəmdir. İnformasiya auditinin aparılması da vacibdir. Audit öncəsi meyarların seçimi, risk xəritəsinin tərtib edilməsi və auditi aparacaq orqanların elektron şəkildə müəyyən edilməsi də daha məqsədəuyğun olar”, - millət vəkili qeyd edib.

 

Firuzə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO