Yaz semestrində 8 minə yaxın tələbə təhsil krediti alıb

Yaz semestrində 8 minə yaxın tələbə təhsil krediti alıb

Hazırda oxunan: Yaz semestrində 8 minə yaxın tələbə təhsil krediti alıb

249601

2024-2025-ci tədris ilinin yaz semestrində təhsil tələbə krediti almaq üçün müraciət edənlərin bu günə olan statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan Bizim.Media-ya bildirilib ki, yaz semestri ərzində 9572 tələbə kredit almaq üçün müraciət edib.
 

Onlardan 455 nəfərin müraciəti natamam olub, 739 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 454 nəfərin müraciətinə imtina cavabı verilib.


Yaz semestri üzrə 7924 tələbəyə təhsil krediti verilib. Onların arasından 2767 nəfərin müraciəti sosial, 5091 nəfərin müraciəti isə standart təhsil tələbə krediti olaraq rəsmiləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO