Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 481,6 milyon manat təşkil edib.
Bizim.Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 0,3 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7,2 %, son 1 ildə isə 2,3 % artıb.
Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6 % təşkil edib. Bu nisbət fevralın sonuna da 1,6 %, dekabrın sonuna 1,5 %, ötən il martın sonuna isə 1,9 % olub.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
10:18 / 28.04.2025
Azərbaycanda problemli kreditlərin məbləği artıb
Hazırda oxunan: Azərbaycanda problemli kreditlərin məbləği artıb
Hazırda oxunan: Azərbaycanda problemli kreditlərin məbləği artıb
246430
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.