Çindən ABŞ-la ticarət müharibəsində GERİ ADDIM

Çindən ABŞ-la ticarət müharibəsində GERİ ADDIM

Hazırda oxunan: Çindən ABŞ-la ticarət müharibəsində GERİ ADDIM

246033

Çin ABŞ-dan idxal edilən bəzi yarımkeçiricilərə tətbiq edilən 125% rüsumu aradan qaldırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
 

Belə ki, idxalla məşğul olan şirkətlər bu barədə aprelin 24-də məlumat alıblar. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, yaddaş çipləri istisna olmaqla əksər yarımkeçiriciləri əhatə edən səkkiz növ inteqral sxem üzrə tariflər sıfıra endirilib.


Lakin Çin hakimiyyət orqanlarından hələlik rəsmi açıqlama verilməyib. 

Xatırladaq ki, Çin Trampın 145 faizlik rüsumlarına cavab olaraq, ABŞ mallarına 125 faizlik tarif tətbiq etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO