Günəş panellərindən istifadə genişlənir – Bu ölkə liderliyini gücləndirir

Günəş panellərindən istifadə genişlənir – Bu ölkə liderliyini gücləndirir

Hazırda oxunan: Günəş panellərindən istifadə genişlənir – Bu ölkə liderliyini gücləndirir

245617

Son illərdə dünyada elektrik enerjisi istehsalında Günəş panellərindən istifadə xeyli genişlənib. 


Sfera.az xəbər verir ki, bu sahədə liderlik Çinə məxsusdur. 2023-cü ilin nəticələrinə görə, Çin Günəş panellərinin quraşdırılmasına ən çox vəsaiti qoyan ölkədir. 
Son bir ildə Çin Günəş elektrik stansiyalarının gücünü əvvəlki illərlə müqayisədə xeyli artırıb. Ölkənin Energetika Nazirliyinin məlumatlarına görə, 2023-cü ildə əlavə edilən yeni güc 216 gigavat (GW) olub. Bir GW 1 milyon kilovata bərabərdir.


2022-ci ildə Çində 87 giqavat gücündə panellər quraşdırılmışdı. 


Müqayisə üçün bildirək ki, yenilənən enerjiyə böyük önəm verən Almaniyada 2023-cü ildə Günəş panellərinin gücü 14,1 giqavat artırılıb. 


Almaniyada Günəş panellərini əsasən binaların dam hissəsində quraşdırırlar. Çində isə Günəş panellərinin quraşdırılması üçün böyük ərazilər ayrılıb və burada çoxlu sayda panel yerləşdirilir. 


Çin proqnozlaşdırır ki, yenilənə bilən enerji növlərindən istifadə etməklə 2060-cı ilə kimi karbon emissiyasını sıfır həddinə endirəcək. 


Azərbaycanda da Günəş elektrik stansiyalarına (ES) sərmayə qoyulur, yeni güclər yaradılır. 2023-cü ilin əvvəlinə olan məlumata əsasən, Günəş ES-lərin gücü 51,2 MVatdır (bir MVat=1000 kilovat). 2015-ci ildə Günəş ES-lərin gücü 4,8 MVat idi. 


Vasif


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO