Bu məhsullar BAHALAŞIB

Bu məhsullar BAHALAŞIB

Hazırda oxunan: Bu məhsullar BAHALAŞIB

244993

Azərbaycanda bu ilin mart ayında bir sıra qida məhsullarında bahalaşma olub.

Bizim.Media xəbər verir ki, “Teleqraf” Dövlət Statistika Komitəsinin hesabatına əsasən bəzi qida məhsullarının qiymətinin nə qədər artdığını hesablayıb.
 

Komitənin məlumatına görə, martda bir ay əvvələ nisbətən ən çox bahalaşan qida məhsulu gül kələmi olub – 11,4%.


Digər qida məhsullarında bahalaşma belə olub: limon ­- 3,6 %, portağal 8,6 %, naringi 6,3 %, banan 6,7 %, alma 6,3 %, armud 4,2 %, heyva 4,8 %, kivi 3,6 %, qoz 4 %, ağ kələm 5,5 %, balqabaq 8,5 %, yerkökü 4,3 %, baş soğan 8,6 %, kartof 6,8 %.

2025-ci ilin mart ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,2 % olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO