İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin 1-ci rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20,3 faizi həcmində və yaxud 812,3 milyon manat vəsait istifadə olunub.
Bu barədə Bizim.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edək ki, 2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb. 2025-ci ildə isə bu istiqamətdə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
17:40 / 18.04.2025
İşğaldan azad olunmuş ərazilərə xərclənən vəsaitin HƏCMİ AÇIQLANDI
Hazırda oxunan: İşğaldan azad olunmuş ərazilərə xərclənən vəsaitin HƏCMİ AÇIQLANDI
Hazırda oxunan: İşğaldan azad olunmuş ərazilərə xərclənən vəsaitin HƏCMİ AÇIQLANDI
244881
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.