Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal transformasiya ofisinin sədr müavini Yavuz Emir Beyribeylə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə nazir özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
MÖVZU İLƏ BAĞLI:
Rəqəmsal transformasiya üzrə Azərbaycan - Türkiyə İşçi qrupunun ilk iclası keçirildi - FOTO
"Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal transformasiya ofisinin sədr müavini Yavuz Emir Beyribeylə görüşdük. Rəqəmsal transformasiya sahəsində müzakirələr apardıq. Bu istiqamətdə Türkiyə təcrübəsinin öyrənilməsinə xüsusi maraq göstərdiyimizi bildirdim", - nazir qeyd edib.
Bizim.Media