Nazir:

Nazir: "Özəl sektorda işçi sayı dövlət sektorunda işçi sayını üstələyib"

Hazırda oxunan: Nazir: "Özəl sektorda işçi sayı dövlət sektorunda işçi sayını üstələyib"

243758

2023-cü ildə Azərbaycanda özəl və qeyri-neft sektorunda çalışan işçilərin sayı dövlət və neft sektorunda çalışan işçilərin sayını üstələyib.

 

Sfera.az xəbər verir ki, bunu iqtisadiyyat naziri vəzifəsini icra edən Mikayıl Cabbarov Bakıda keçirilən "Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər" adlı Forumda bildirib.

 

"2019-cu ildə biz təşviq əsaslı vergi siyasətinin icrasına başlayanda 850 mindən çox muzdlu işçi dövlət müəssisələrində çalışırdı. 5 il ərzində aparılan uğurlu işlər nəticəsində özəl sektorda çalışan işçilərin sayı dövlət sektorunda çalışan işçilərin sayını üstələyib. Bu illər ərzində vergi işçiləri öz vəzifələrinin icrasına daha yüksək standartla yanaşıb", - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO