Bu ölkə turizm sektorunda rekord nəticə əldə etdi

Bu ölkə turizm sektorunda rekord nəticə əldə etdi

Hazırda oxunan: Bu ölkə turizm sektorunda rekord nəticə əldə etdi

242333

Dünyanın aparıcı turizm bölgələrindən biri olan Türkiyə 2023-cü ildə illik 10% artımla 56,7 milyon beynəlxalq ziyarətçini qəbul edib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, ölkənin turizm gəliri illik müqayisədə 17% artaraq 54,3 milyard dollara, ziyarətçilərin bir gecəlik ortalama xərcləri isə 99 dollara çatıb.

 

Ötən il Türkiyə həmçinin dəniz, qum və günəş tətilləri ilə yanaşı, mədəniyyət, incəsənət, qastronomiya, velosiped idmanı və dini turizm baxımından Avropanın ən çox seçilən istiqamətləri arasında olan Türkiyə 2023-cü ildə rekorda imza atıb. Ölkə 2024-cü ilə qədər 60 milyon turist cəlb etməyi və 60 milyard dollar turizm gəliri əldə etməyi hədəfləyib. Turizm strategiyaları çərçivəsində bazar müxtəlifliyinə üstünlük verən Türkiyə, 2024-cü ildə yeni hədəf bazarlara fokuslanaraq cari strateji bazarlarda fəaliyyətini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO